Cəlilabad Rayon Təhsil Şöbəsi təkzib edir

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrinə kimlərinsə maraqlarına xidmət edən materiallar ötürülür. Həmin materialların birində Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktor əvəzi R.Cəfərovanın müəllimlər bankomatdan pul götürən kimi onlardan pul toplaması, müxtəlif adlarla əmək haqqı cədvəllərindən qeyri-qanuni pul tutulması hallarına yol verməsi və digər faktlar göstərilir.

SİA-ya açıqlamasında məsələyə aydınlıq gətirən Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ə.Əsgərov faktı qəti şəkildə təkzib edərək bunun kimlərinsə qərəzli fikirləri olduğunu bildirib. Şöbə müdiri qeyd edib ki, Göytəpə şəhər 1 saylı tam orta məktəbindən bu günə qədər bir nəfər də olsun müəllim təhsil şöbəsinə yazılı və şifahi müraciət etməmiş və yaxud müdirin qəbulunda olmamışlar.

Bildiririk ki, rayonun bütün ümumtəhsil məktəblərində müəllimlər əmək haqlarının plastik kartlar vasitəsilə şəxsən özləri alırlar. Bu günə qədər əmək haqlarından pul tutulması barədə müəllimlər RTŞ-ya şikayət etməmişlər.

Ona görə də göstərilən faktlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir.


Bütün xəbərlər Facebook səhifəmizdə