Məktəblinin başı, kürəyi və əlləri yanıb

Məktəblinin başı, kürəyi və əlləri yanıb

Bu gün Bakı şəhər Xəzər rayonunun Buzovna qəsəbəsindəki 234 saylı orta məktəbdə baş verən güclü partlayış zamanı zərər çəkən 11-ci sinif şagirdi Məmiş İbadovun başı, kürəyi və iki əlləri yanıb. Məlumatı SİA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Suğra Bəşirova verdi. S. Bəşirova bildirdi ki, zərərçəkənin vəziyyəti ikinci dərəcəli yanıq xəsarəti kimi qiymətləndirilir.

Qeyd edək ki, M. İbadov hazırda 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə