İrina Bokova: “Elm mobilləşməli və bu proses inklyuziv xarakter daşımalıdır”

İrina Bokova: “Elm mobilləşməli və bu proses inklyuziv xarakter daşımalıdır”

YUNESKO-nun baş direktoru İrina Bokova Beynəlxalq Elm Günü ilə bağlı dünya əhalisinə müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə deyilir:

"2012-ci il bəşəriyyətin rifahı naminə elmin ədalətli inkişafına əsaslanmış ekoloji cəmiyyətlərin qurulması yolunda dönüş dövrü olmalıdır". Davamlı gələcəyin qurulması üçün cəmiyyət necə olmalıdır?

Bu sual son dövrlərdə sürətli dəyişikliklərə məruz qalan dünyanı düşündürən məsələlərdəndir. Təbii fəlakətlər bizim birliklərimizin zəif olduğunu göstərir. İqlim dəyişikliyi cəmiyyətlərimizə təsir göstərir. Biomüxtəliflik planetin geoloji tarixində, ən əsası isə insanın fəaliyyəti nəticəsində yüksək templə yox olur. Qlobal iqtisadi böhranın göstərdiyi təzyiq getdikcə güclənir. Bu məsələ gələn il Rio-de-Janeyroda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf üzrə konfransında əsas müzakirə mövzularından olacaq.

Elm bu sualın cavabının əsasını təşkil edən ünsürdür. Elm YUNESKO-nun Rio-de-Janeyroda elm, təhsil, mədəniyyət və informasiya vasitələrinin qüvvəsindən maksimum istifadə etmək məqsədilə təqdim edəcəyi "yol xəritəsi"ndə mərkəzi yer tutur. Biz, bu məsələ ilə bağlı aydın mövqe tuturuq – davamlı gələcəyi təmin etmək üçün "yaşıl" iqtisadiyyatla yanaşı inklyuziv və ədalətli "ekoloji cəmiyyət" yaratmalıyıq. Bu iki konsepsiyanı bir-birindən ayırmaq olmaz. Bizim "Ekoloji cəmiyyətlərin qurulması yolunda: ədalət, inklyuzivlik, iştirak" mövzusuna həsr olunmuş Beynəlxalq Elm Günü ilə bağlı müraciətimizin elə əsas ideyası da bundadır.

Bütün xəbərlər Facebook səhifəmizdə