Noyabrın 15-dən dəmiryolu biletləri internet vasitəsilə satışa çıxarılacaq. "Azərbaycan Dəmir Yolları" ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, hazırda bu məsələ ilə bağlı son tamamlama işləri gedir: "Sisteminin təhlükəsizlik məsələləri həll olunduqdan sonra, biletlərin internetlə satışına başlayacaq. Biletləri "Azərbaycan Dəmir Yolları" ASC-nin rəsmi internet saytı vasitəsilə 3 dildə sifariş etmək mümkündür. Belə ki, sistemə plastik kartla ödəniş etməklə biletləri əldə etmək mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB