Azərbaycan Türkiyədə olan əlifbaya tədricən keçid etməlidir. SİA-nın xəbərinə görə, bunu millət vəkili Fazil Qəzənfəroğlu deyib. O bildirib ki, 9 milyonluq Azərbaycan xalqının 80 milyonluq Türkiyə xalqına nisbətən mütaliə etmək imkanları daha məhduddur: "Biz daha geniş məkana daxil olma yollarını düşünməliyik. Bu siyasət də iki ölkəyə dividentlər verəcək".
Bu mövzu ilə bağlı millət vəkili Sevinc Hüseynova isə vurğulayıb ki, türk xalqları üçün ortaq dilin və ortaq əlifbanın yaradılması artıq tarixin zərurətinə çevrilib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB