Nizami rayon sakini 15 yaşlı Gültəkin Hacıyeva bu gün zorla ərə verilirdi. Erkən nikahdan
xəbər tutan Ombudsman Aparatı və Nizami Rayon İcra Hakimiyyətinin erkən nikahlarla bağlı komissiyası bu nikahın qarşısın alıb. Gültəkin Haciyeva da onun zorla ərə verildiyini təsdiqləyəndən sonra komissiya üzvləri 15 yaşlı \"gəlini\" elə toy günü gözəllk salonundan götürərək rayon icra hakimiyyətinə gətiriblər. İcra hakimiyyətində Gültəkin Haciyeva bu nikahı istəmədiyini bir daha təsdiqləyib. Bundan sonra azyaşlının nişanlısı və valideyinləri quruma dəvət edilib. Onların hər üçündən yazılı izahat alındıqdan sonra toy təxirə düşüb. Bu gün toy dəvət alanlar erkən nikahın şahidi ola bilməyiblər.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB