Ermənistan-İran münasibətləri yüksək səviyyədədir və bütün sahələrdə əməkdaşlıq inkişaf edir. SİA-nın verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin sədri Ovik Abramyan İranın xarici işlər naziri Əli Əkbər Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə İrəvanda keçirdiyi görüşdə deyib.
Parlamentin spikerinin sözlərinə görə, mövcud dostluq və işgüzar münasibətlərin dərinləşməsi üçün hər iki ölkənin qarşılıqlı fəaliyyəti önəmli rol oynayıb. Yaxın münasibətlərin formalaşmasında İran və Ermənistan hakimiyyətinin qanunverici qanadı böyük töhfə verib.
İranın xarici işlər naziri isə parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıb: "Ermənistan etibarlı qonşu və dostdur". Salehi həmçinin qeyd edib ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsində İranda yaşayan erməni icmasının böyük rolu olub: "İran erməniləri xüsusi statusa və hörmətə malikdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB