Politoloq: \"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə maraqlanan dövlətlərin sayı artıb\"
Dağlıq Qarabağ münaqişəsinin həllində konseptual dəyişiklər baş verir. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib. O söyləyib ki, ilk öncə Ermənistana hər zaman dəstək olan Fransanın prezidenti Sarkozi onların arzuladığı işi görür. Onun sözlərinə görə, son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Ermənistan şərtlər irəli sürür: "Onlar bildirir ki, növbəti danışıqlar üçün Azərbaycan tərəfi təkliflərini geri götürməlidir. Amma Fransa prezidenti isə təkliflərlə birgə danışıqları davam etdirilməsini deyir".
M.Əhmədoğlu qeyd edib ki, digər məsələ Dağlıq Qarabağın Azərbaycan və Ermənistan icmalarının görüşü keçirilməsinin hətta ATƏT-in gündəliyində öz əksini tapmasıdır. ATƏT-in son zamanlar əlavə təkliflər irəli sürdüünü deyən politoloq vurğulayıb ki, bunların da ən vacibi icmaların görüşlərinin təşkilidir bu isə Ermənistanın maraqlarına ziddir.
Mərkəzin sədri qeyd edib ki, DQ münaqişəsinin tənzimlənməsi ətrafında aktivlik müşahidə edilir: "Bununla bağlı verilən bəyanatların sayı artıb və onların mahiyyətində dəyişikliklər meydana çıxıb. ABŞ və Fransanın da DQ münaqişəsinin tənzimlənməsində aktivliyininin artdığını görmək olar. Bununla yanaşı, DQ münaqişəsinin tənzimlənməsi ilə maraqlanan ciddi dövlətlərin sayında da artım var".
O əlavə edib ki, ABŞ Xəzər dənizində Azərbaycanın problemlərini həll etməyə başlamaqla diqqəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayındırmaq istəyir. Onun sözlərinə görə, rəsmi Bakı isə ABŞ-la münasibətdə DQ münaqişəsinin tənzimlənməsini prioritet kimi saxlayır. Politoloq deyib ki, ABŞ DQ münaqişəsinin tənzimlənməsində Azərbaycana onun istədiyi qədər yardım etmir, çünki Ermənistan indi ABŞ üçün daha mühüm əhəmiyyətə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB