Hədə-qorxu ilə pul tələb edən jurnalist saxlanılıb

Hədə-qorxu ilə pul tələb edən jurnalist saxlanılıb

Bakıda "Unikal" qəzetinin müxbiri hədə-qorxu yolu ilə pul tələb etdiyinə görə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən \"Romi\" hotelinin sahibi Mətləb Əhmədov Daxili İşlər Nazirliyinə müraciət edərək özünü \"Unikal\" qəzetinin müxbiri kimi təqdim edən Hüseyn adlı şəxsin ondan barəsində rüsvayedici məlumatlar dərc edəcəyi hədəsi ilə pul tələb etdiyini bildirib.

Bununla əlaqədar 2011-ci il oktyabrın 31-də keçirilən əməliyyat tədbirləri nəticəsində o, \"Romi\" hotelinin sahibindən 1000 manat pul alarkən saxlanılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, H.İsgəndərov \"Unikal\" qəzetinin müxbiridir. O, bir müddət əvvəl \"Göyçə\" və \"Ağ\" hotellərinin sahibləri Şirzad Əliyevdən və Elçin Vəliyevdən də eyni üsulla müxtəlif məbləğlərdə pul tələb edib.

Hüseyn İsgəndərovun cinayətkar əlaqələri və digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə