Səfir: “İran və Azərbaycan arasında qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq regionun təhlükəsizliyi üçün zəruridir\"

Səfir: “İran və Azərbaycan arasında qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq regionun təhlükəsizliyi üçün zəruridir\"

"İran və Azərbaycan arasında qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq regionun təhlükəsizliyi üçün zəruridir". SİA-nın xəbərinə bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib.

İki ölkə arasındakı münasibətlərə toxunan səfir bildirib ki, İran Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdəndir, bu səbəbdən də hər zaman Azərbaycanın müstəqilliyinin qorunmasının zəruri olduğunu vurğulamaqdadır: "Regionun inkişafı, irəliləyişi və təhlükəsizliyi ilə bağlı məsələdə də İranla Azərbaycanın maraqları eynidir. Bu gün iki ölkənin əlaqələri strateji və davamlı xarakter daşıyır və bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə