Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayranı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə SİA-ya Xidmətin mətbuat katibi Yolçu Xanvəli deyib. \"Bu gün Xidmətin rəhbərliyi tərəfindən müvafiq sərəncam imzalanıb\", - deyə Y. Xanvəli bildirib. Onun sözlərinə görə, Bakıya gələn dörd əsas yolda - Dərnəgül, Şamaxı yollarında, Xırdalan və Lökbatan dairələrində gətirilən qoyunları yoxlancaq, postlar qoyulacaq. Bununla yanaşı xidmət mal-qaranın bayram günündə həm Bakı, həm də ölkənin regionlarında müəyyən edilməyən ərazilərdə kəsilməsinin və ətin satılmasının qarşısını almaq üçün tədbirlər görəcək. \"Bayram zamanı Baytarlıq Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ətin kəsilməsinə nəzarət edəcəklər. Biz ölkə əhalisini Dövlət Xidməti tərəfindən yoxlanılmış məntəqələrdə qurban kəsməyə və ya ət almağa çağırırıq. Bakıda mal-qaranın satışı üzrə 14, kəsilməsi üçün isə 7 məntəqə var. Həmin məntəqələrdə baytarlıq xidməti göstərilir\", -baytarlıq xidmətinin rəsmisi bildirib.

Qeyd edək ki, mal-qaranın kəsilməsi və ətin satışı ilə qanunsuz məşğul olan məntəqələr aşkar edilərkən fiziki şəxslər üçün 25 manat, vəzifəli şəxslər üçün 40-60 manat, hüquqi şəxslər üçün isə 100-125 manat həcmində cərimələrin tətbiq edilməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə