Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüləzizə təbrik məktubu ünvanlayıb.

SİA-nın xəbərinə görə, məktubda bildirilir: \"Hörmətli cənab Prezident, Əlcəzairin milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram\".


Bütün xəbərlər Facebook səhifəmizdə