Türkdilli Ölkələrin Və Toplumların İkinci Media Forumu öz işinə başlayıb-YENİLƏNİB
Bu gün Bakıda Türkdilli Ölkələrin Və Toplumların İkinci Media Forumu öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, oktyabrın 30-dək davam edəcək forum "Qloballaşan Dünyada Türkdilli Media Faktoru: fərqliliklər və ortaq maraqlar\" mövzusunda təşkil olunub. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Nəsənov, Türkiyə Cümhuriyyəti baş nazirinin informasiya və mətbuat yayım şöbəsinin müdiri Murad Karakaya bir çox türkdilli ölkə nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən media orqanlarının rəhbərləri iştirak edir. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, ötən il Ankarada keçirilən türkdilli ölkələrin media forumunda qəbul olunmuş bəyannaməyə görə, "Türkdilli toplumların media platforması"nın yaradılması qərara alınıb. Onun sözlərinə görə, beynəlxalq arenada ölkələr arasındakı əlaqələri burada yaşadan millətlərin qarşılıqlı anlayış, dialoq və mədəniyyət zəminində ortaq faydalar ətrafında birləşdirməklə mümkündür. Onun sözlərinə görə, tədbirin təşkilində məqsəd Türk dövlətləri arasında media sahəsindəki təcrübələri paylaşmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq, vacib olan məsələləri birgə müzakirə etmək və əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir. Tədbirin davamında Əli Həsənov prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrikini oxuyub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu isə Türkiyə Cümhuriyyəti baş nazirinin informasiya və mətbuat yayım şöbəsinin müdiri Murad Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan əlavə "Nur"media holdinqin baş direktoru Kaysar Janaxanov isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev təbrikini çatdırıb.
Qeyd edək ki, tədbir davam edir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB