Səudiyyə Ərəbistanın Kralı Türkiyəyə 50 milyon dollar yardım edib

Səudiyyə Ərəbistanın Kralı Türkiyəyə 50 milyon dollar yardım edib

Səudiyyə Ərəbistanın Kralı Abdullahın Türkiyəyə, zəlzələdən əziyyət çəkənlər üçün kömək məqsədi ilə 50 milyon dollar ayırması dünya mediasının gündəm yazısı olub. SİA- nın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, Ərəb Şeyxi Abdullahın Türkiyyəyə 50 milyon dollar yardım etməsi Avropa mediasında da xüsusi vurğulanıb. Eyni zamanda ərəb televiziyası Əl Ərəbiyə də Səudiyyə Ərəbistanın Kralı Abdullahın Türkiyədəki zəlzələdən əziyyət çəkənlər üçün 50 milyon dollar yardım etməsi ilə bağlı məlumat verib.

Vanda meydana gələn 7.2 bal gücündəki zəlzələdən sonra dünyanın müxtəlif bölgələrindən Türkiyəyə yardımlar edilir. Ən böyük köməyin isə Səudiyyə Ərəbistanından gəldiyi bildirilir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Karalı Abbdullah bin Əbdüləzizlə görüşü zamanı Kral bu qərarı açıqlayıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanı Əl Səidin vəfatı ilə bağlı başsağlığı vermək üçün bu ölkəyə səfər edib. Baş nazirin Səudiyyə Ərəbistanında Kralla görüşü zamanı bu sürpriz qərarla qarşılaşdığı bildirilir. Ərdoğan Kralın bu təklifindən məmnun olub və ona minnətdarlıq edib.

Zamin Axundov

Bütün xəbərlər Facebook səhifəmizdə