Rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin buludlu olacağı, yağışın arabir kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə bu gün fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.


Hava şəraitinin qısa icmalına gəlincə yaxın günlərdə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağışlı keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə