Elin Süleymanov Azərbaycanın ABŞ-da səfiri təyin olunub

Elin Süleymanov Azərbaycanın ABŞ-da səfiri təyin olunub

Prezident İlham Əliyev Yaşar Əliyevin Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

SIA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Elin Süleymanov Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının sərəncamı ilə Elin Süleymanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə