Azərbaycanın dövlət büdcəsinin mədaxili 105,6 faiz yerinə yetirilib

Azərbaycanın dövlət büdcəsinin mədaxili 105,6 faiz yerinə yetirilib

Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8 milyard 979 milyon manat və ya 105,6 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz və yaxud 1 milyard 474 milyon manat çox olub.

Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, Vergilər Nazirliyi tərəfindən büdcəyə 4 milyard 63 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən 843 milyon manat, Dövlət Neft Fondu tərəfindən isə 4 milyard 21 milyon manat vəsait transfert edilib.

Sair gəlirlər üzrə büdcəyə 48,8 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat (3,7 dəfə) çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə