Azərbaycanlılar Vandan Bakıya evakuasiya olunur

Azərbaycanlılar Vandan Bakıya evakuasiya olunur

Türkiyənin Van vilayətində çalışan azərbaycanlı müəllim heyəti Bakıya gətirilib. SİA-nın xəbərinə görə, prezident İlham Əliyevin göstərişi ilə fəlakət bölgəsində olan 19 Azərbaycan vətəndaşı - Van vilayətində təhsil sahəsində çalışan professor-müəllim heyəti və onların ailə üzvləri Fövqəladə Hallar Nazirliyinin bölgəyə yardım aparmış təyyarəsi ilə ötən axşam Bakı şəhərinə gətirilib. Bu arada qeyd edək ki, oktyabrın 23-də Türkiyənin Van vilayətində baş verən zəlzələ nəticəsində 279 nəfərin öldüyü təsdiqlənib, 1300 nəfər isə yaralı var.


Bütün xəbərlər Facebook səhifəmizdə