Bakıda beynəlxalq gənclər mərkəzinin yaradılması istiqamətində iş gedir

Bakıda beynəlxalq gənclər mərkəzinin yaradılması istiqamətində iş gedir

Hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"Dövlət Proqramı layihəsi çərçivəsində Gənclər Fondunun yaradılmasının sənədləri üzərində iş gedir. Millət vəkili Ceyhun Osmanlı SİA-ya açıqlamasında bildirib ki, gələn ilə kimi gənclər fondunun yaradılması gözlənilir. Onun sözlərinə görə, artıq Bakıda beynəlxalq gənclər mərkəzinin yaradılması istiqamətində iş gedir: "Azərbaycanın regionlarında da gənclər evlərinin tikintisinə başlayıb. Gəncədə artıq bu evin tikilməsi üçün yer seçilib, dünya gənclər festivalı çərçivəsində həmin əraziyə baxış keçirilib. Bu gənclər evi 2 il ərzində tam olaraq istifadəyə veriləcək".

C.Osmanlı qeyd edib ki. ipoteka kreditləri şərtlərinin daha rahat şəkildə faydalanmağını genişləndirmək üçün maksimum limutin artırılması, şamil olunan kateqoriyalı gənclərin çoxaldılması istiqamətində işlər görülür. Hazırda müəyyən proqramların icra olunduğunu deyən millət vəkili vurğulayıb ki, gələn ilin əvvəlində daha aydın bir mənzərə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə