YAP-ın Sədr müavini Əli Əhmədov Hindistanın ölkəmizdəki səfiri Debnat Şau ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Hindistanın ölkəmizdəki səfiri Debnat Şau ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şau ilə partiyanın mənzil qərargahında görüşüb.

SİA-nın yap.org.az saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Hindistan arasındakı qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçının, Yeni Azərbaycan Partiyası ilə Hindistan Milli Konqresi arasındakı əlaqələrdən bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə