Türk ordusu iki gün ərzində aparılan hərbi əməliyyatlar nəticəsində 49 terrorçunu məhv edib. SİA Türkiyənin Hürriyyət qəzetinə istinadən məlumat yayıb.
Şimali İraqdakı PKK düşərgələrinə yönələn əməliyyat Şemdinli, Çukurca və Uludərə sərhədindəki ərazilərdə 200 kilometrə qədər genişlənib. Şemdinli sərhədindən Zaqros və Harkürk, Çukurcadan Zap, Uludərə sərhədindən isə Haftadakı PKK düşərgələrinə istiqamətlənən quru əməliyyatlarına artileriya və hava zərbələri də dəstək verir.
PKK-nın irili-xırdalı bir çox düşərgələri bombalanır. Xüsusi birliklər də nöqtə əməliyatı quraraq irəliləyirlər.
Çukurcanın Kazan vadisi ilə İşımlı bölgəsində PKK-çıların yerləşdikləri bölgələrə də gün boyu hava zərbələri endirilir və şimali İraqdakı PKK düşərgələri ilə əlaqələri kəsdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB