Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa Universitetinin Bakı ofisinin açılış mərasimi keçirilib
Bugün Dünya Gənclər Bankı şəbəkəsi MDB ölkələri üzrə regional ofisinin fəaliyyətə başlamasının bir ayı və Azərbaycan Dövlət "Müstəqilliyinin bərpasının 20-ci il"dönümü münasibətilə Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa universitetinin Bakı ofisinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki səfiri Zəki Qazioğlunun, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin, Millət vəkili Ceyhun Osmanlının və digər səlahiyyətli nümayəndələr iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd isə Şimali Kipr Türk Cümhuriyyəti ilə Dünya Gənclər Bankı şəbəkəsi arasında ikitərəfli əməkdaşlığın inkişafına nail olmaq idi. Mərasimdə bildirilib ki, artıq Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya inteqrasiya etmiş bir ölkədir. Məhz bu məqsədlə bu ofisin Bakıda fəaliyyət göstərməsini təqdirəlayiq bir hal kimi dəyərləndirmək olar. Gənclərə göstərilən diqqət və qayğıdan danışan qonaqlar həmçinin cənab prezident İlham Əliyevin Gənclər siyasəti ilə bağlı 2011-2015 –ci illər dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirib. Qeyd olunub ki, bu proqramın qəbulu gənclərin təhsil səviyyəsinin, intelektual biliklərinin artırılmasında müstəsna xidmətlərə malikdir.
Tədbirin sonunda isə Gənclərin və Milli şuranın fəaliyyətindəki xidmətlərinə görə bir qrup şəxsə müxtəlif naminasiyalar təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB