Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Bakıda aksiya təşkil ediblər

Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Bakıda aksiya təşkil ediblər

Heydər Əliyev Fondu Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) ilə birlikdə ölkədə süd vəzinin xərçəngi xəstəliyinin vaxtında diaqnostikasını təkmilləşdirmək və ölüm hallarının sayını azaltmaq, əhalinin bu xəstəlik, risk amilləri və özünümüayinə üsulları haqqında bilik səviyyəsinin artırılması məqsədilə bu gün Bakıda aksiya təşkil edib. SİA-nın məlumatına görə, Beynəlxalq Süd vəzi xərçəngi haqqında Maarifləndirmə Ayı çərçivəsində \"Hər kəs bilsin - HƏYAT davam etsin\" şüarı altında keçirilən tədbir MOM əməkdaşlarının dinc xarakter daşıyan yürüşü ilə açılıb.

Aksiya iştirakçıları, hər biri 15-20 nəfər olmaqla eyni zamanda üç müxtəlif istiqamətdən dənizkənarı bulvardakı konsert meydançasına doğru yürüş ediblər.Yürüş zamanı MOM-in əməkdaşları xəstəlik və ən sadə profilaktika üsulları haqqında məlumatları özündə əks etdirən broşürləri bu cür məsələlərlə maraqlanan şəxslərə paylayıblar. Iştirakçıların şüarları \"Profilaktika 97% müalicə deməkdir!\", \"Süd vəzi xərçəngi müalicə olunandır!\", \"Onkoloqdan və onun təklif etdiyi müayinədən qorxmayın\" olub.

Tədbirin davamında dənizkənarı bulvardakı konsert meydançasında yerləşdirilmiş monitorda xəstəliyin müalicəsi və diaqnostikası sahəsində mövcud olan müasir imkanlar haqqında məlumat verən videoçarx nümayiş olunub. Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Bakıda aksiya təşkil ediblərTədbir estrada müğənnilərinin konsert proqramı ilə yekunlaşdırılıb.

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə