Noyabrın 23-25-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə X Nazirlər Konfransı keçiriləcək. SİA-nın AİB-in Azərbaycandakı daimi nümayəndəliyinə istinadən verdiyi məlumata görə, tədbirdə ötən 10 il ərzində görülmüş işlər təhlil olunacaq və gələcəkdə görülən işlərə dair müzakirələr aparılacaq. Eyni zamanda konfrans çərçivəsində CAREC üzrə 2020-ci ilədək inkişaf strategiyasının təsdiq olunacağı gözlənilir.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB