Türkiyədə PKK terror qruplaşmasına qarşı əməliyyatları davam etdirilir

Türkiyədə PKK terror qruplaşmasına qarşı əməliyyatları davam etdirilir

PKK-nın Hakkarinin Çukurca bölgəsindəki ərazilərə növbəti hücumu yenidən terrorçularla hərbçilər arasında atışmaya səbəb olub. Terroristlərin olduğu sahələr həm təyyarələr həm də insansız idarə olunan Kobra tipli vertolyotlarla atəşə tutulur. Bu arada Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan isə PKK-ya dəstək verən ölkələrə sərt reaksiya verib. Onun sözlərinə görə, Türkiyənin dəfələrlə xəbərdarlıq və müraciətlərinə baxmayaraq terrorun qarşısını ala bilməyən bir çox dövlət rəhbərləri Avropa üçün üz qarası olaraq qalmaqdadır. Onlar bir mənal bilməlidirlər ki, bu ağır cinayət üzündən onların ölkəsidə zərər görəcək deyə baş nazir deyib.Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə Ankaraya gələn İran xarici işlər naziri Əli Əkbər Salehinin səfərində də əsas müzakirə mövzusunun terrora qarşı birgə mübarizə təşkil edib. Davudoğlu ilə Salehi xarici işlər nazirliyində mətbuat önünə çıxaraq iki ölkə arasında terrorla mübarizə sahəsindəki əməkdaşlıqdan danışıblar. Salehi bildirib ki, Türkiyənin problemləri bizim problemimizdir. Bizim problemlərimiz də eyni zamanda Türkiyənin İran və Türkiyə bir-birlərinə rəqibi deyil. Terror təşkilatı olan PKK-nın əsas mərkəzinin İraqda və ABŞ-ın təsiri altında olduğunu vurğulayan Salehi terroristlərin hərəkətləri və bu silahların hardan daşındığı haqqda məlumat verərək Türkiyəyə əvvəlcədən məlumat verilsəydi belə böyük bir faciə ilə qarşı-qarşıya gəlinməzdi deyə sözlərinə əlavə edib. Qeyd edək ki, Türkiyədə PKK terror təşkilatının hərbçilərin olduğu binalara uzun məsafəli silahlardan atəşə tutması nəticəsində 24 nəfər şəhid həlak olmuşdu. 30 dəqiqəyə yaxın davam edən atışmada 8 nəfər əsgər isə ağır yaralanmışdı.


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə