Liviyada hərbi əməliyyatların başa çatdıgı gün açıqlandı

Liviyada hərbi əməliyyatların başa çatdıgı gün açıqlandı

İki gün öncə öldürülən Liviyanın keçmiş lideri Müammər Qəddafinin arvadı Safiyə Farkaş ərinin meyitinin qaytarılmasını tələb edir. SİA-nın Türkiyənin "Bu gün" qəzetinə istinadən verdiyi xəbərə görə, S. Farkaş BMT-yə və müraciət edib. O, Liviyada hakimiyyəti ələ almış Milli Keçid Şurasına təzyiq göstərməyə çağırıb və bildirib ki, Qəddafinin, eləcə də həlak olmuş tərəfdarlarının cəsədləri yaxınlarına verilməlidir. Safiyə Farkaş 40 ölkə və onların casuslarına altı ay müqavimət göstərmiş döyüşçü ərinin, oğullarının cəsarət ilə fəxr etdiyini deyib. NATO-nun baş katibi Anders Foq Rasmussen isə Liviyadakı hərbi əməliyyatın başa çatacağı günü açıqlayıb: "Əməliyyat oktyabrın 31-də başa çatacaq. Bu vaxta qədər isə Alyans Müammər Qəddafinin ölümündən sonra ölkədə baş verən hadisələri izləyəcək. NATO lazım olduğu vaxt yenidən müdaxiləyə hazırdır". İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst Liviyada baş verənlərlə bağlı, eyni zamanda Liviya diktatoru Müəmmar Qəddafinin qətli barədə xəbərləri şərh edərək deyib ki, Tarix boyu müstəbidlərin sonu eyni cür olub – onlar şərəfsiz ölüb: "İranın dövlət rəhbərləri və insanları Liviyadakı hadisələrə görə çox sevinirlər və bunu \"böyük qələbə\" sayırlar. Qəddafinin sonu məhz bu cür olmalı idi, çünki o xalqın hüquqlarını tapdalayırdı. Digər diktatorları da eyni aqibət gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə