Bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvülüyü müzakirə edilir
Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək. Şərqi Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir. Azərbaycan heç vaxt BMT-nin ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzvü olmayıb. Macarıstan iki dəfə Sloveniya isə bir dəfə BMT Təhükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Afrika və Asiya-Sakit okedan ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi tutmalıdır. Beləliklə, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayan Qırğızıstan altı dəfə qeyri-daimi üzv olmuş Pakistanla mübarizə aparmalı olacaq. Qalan iki yer uğrunda isə Mavritaniya, Mərakeş və Toqo yarışacaq. Onların hamısı vaxtilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olublar. Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib. Yalnız Ermənistan rəhbərliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB