Obamadan Türkiyəyə dəstək

ABŞ pezidenti Barak Obama Türkiyə dövlətinə başsağlığı verib. SİA-nın xəbərinə görə, PKK-ın hücumunu qəbuledilməz sayan Obama ABŞ-ın ən yaxın və güclü müttəfiqlərindən biri olan Türkiyəyə qarşı bu terror hücumunu qətiyyətlə pisləyib:

"Digər xalqlar kimi Türk xalqının da barış, təhlükəsizlik və firavan bir şəraitdə yaşamağa haqqı var. Terrorçular layiq olduqları gələcəyin arxasınca gedərkən ABŞ Türkiyəyə bir müttəfiq və dost olmağa davam edəcək\".

İngiltərə baş naziri David Cameron da Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı məktubunda insan itkisindən böyük kədər duyduğunu dilə gətirib.


Bütün xəbərlər Facebook səhifəmizdə