Türkiyədə 26 əsgər şəhid oldu

Türkiyədə 26 əsgər şəhid oldu

Türkiyənin Hakkari vilayətinin Çuxurça qəsəbəsində gecə saat 01:00-da silahlı hücum təşkil edən PKK-lı terrorçular əsgərlərə iri çaplı silahlarla və raketlərlə hücum edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hücum zamanı 26 əsgərin şəhid olduğu, 22 əsgərin isə yaralandığı bildirilir.

Hadisənin təfərrüatları hələlik bəlli deyil.

Bundan başqa oktyabrın 18-də axşam Bitlis vilayəti ərazisində PKK-lılar tərəfindən 5 polis əməkdaşı da qətlə yetirilib.

Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu komandanları ilə birlikdə hadisə yerinə gedib

Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan səfəri təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə