İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi müzakirə olunub

İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi müzakirə olunub
İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzoev və Konqresin sədr müavini Əliyar Məhərrəmov İsveç parlamentinin və "Yaşıllar" partiyasının üzvü Mehmet Kaplanla görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşdə əsas müzakirə mövzusu İsveç parlamentində müzakirəyə çıxarılacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi və İsveçin siyasi dairələrinin bu məsələyə münasibəti olub. İAK-ın nümayəndələri İsveç parlamentinin üzvünə münaqişə, işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçıları tərəfindən aparılmış etnik təmizləmə haqqında ətraflı və dəqiq məlumat veriblər.

Konqres nümayəndələri İsveç parlamentindəki müzakirələrin ölkə siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqelərinin daha ədalətli və yekdil olmasında rol oynayacağına inamlarını ifadə ediblər. İsveç parlamentinin üzvü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsinin müəllifi olan Mehmet Kaplan qətnamənin müzakirəyə çıxarılmasına başlıca səbəb kimi ATƏT-in və beynəlxalq ictimaiyyətin bu problemin həllində passiv rol oynamalarını göstərərək məsələnin gündəmə çıxarılmasının vacibliyini qeyd edib.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə