ABŞ-dan Rusiyaya rəsmi təklif
ABŞ-ın siyasi dairələri Rusiya hökumətinə rəsmi olaraq Avropadakı Raket Əleyhinə Müdafiə sistemlərinin sınaqlarını izləməyi təklif edib. Belə ki, ABŞ Rusiyanı əmin etmək istəyr ki, bu sınaqların Rusiya Federasiyası üçün heç bir təhlükəsi yoxdur. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, Raket Əleyhinə Müdafiə agentliyinin rəhbəri Patrik Oreyli bununla bağlı açıqlamasında bildirib ki, Rusiya sınaqdan keçirilən raketlər haqqında məlumatları öz radar sistemləri vasitəsi ilə yoxlaya bilər. O, həmçinin bildirib ki, sınaqdan keçirilən SM3 raketləri kiçikdirlər və texniki baxımdan Rusiya ətərəfindən buraxılan strayeji raketlərin vurulmasında əhəmiyyət daşımır.
Xatırladaq ki, oktyabrın 18-də ABŞ dövlət katibinin müavini Elen Tauşer bəyan edib ki, ABŞ rəsmi Moskvaya bununla bağlı rəsmi sənəd göndərməyə hazırdır. Belə ki, raket sınaqları Rusiya üçün heç bir təhlükə yaratmır.
Qeyd edək ki, NATO-nun Avropadakı Raket Əleyhinə Müdafiə sistemləri öz fəaliyyətlərinə 2012-ci ildən başlayacaq. Sistemin əsas məqsədi Avropa ölkələrini İranın və Çimali Koreyanın gözlənilən hücumlarının qarşısını almaqdan ibarətdir. Rusiya isə dəfələrlə bəyan edib ki, sözügedən müdafiə sistemi Rusiya üçün hər an təhlükə yarada bilər.Hazırda danışıqlara əsasən, bu elementlər Polşada, Çexiyada, Türkiyədə, Niderlandda və İspaniyada quraşdırılmaqdadır. Yekun nəticə isə 2018-ci ildə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə