Qənirə Paşayeva Bolqarıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva oktyabrın 19-dan 24-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, millət vəkili AŞPA-nın xətti ilə müşahidəçi qismində oktyabrın 23-də Bolqarıstanda keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.
Səfər çərçivəsində ATƏT-in Bolqarıstandakı müşahidə missiyasının, həmçinin bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Bolqarıstan MSK-nın sədri və Ali İnzibati Məhkəməsinin baş katibi ilə görüşlər keçiriləcək. Azərbaycan parlamentinin təmsilçisi prezidentliyə namizədlər və onların nümayəndələri, media mənsubları, QHT təmsilçiləri ilə də görüşəcək, seçkilərə hazırlıqla bağlı fikir mübadiləsi aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB