ABŞ hökuməti Dağlıq Qarabağ probleminin həllinə kömək etməyə hazırdır

ABŞ hökuməti Dağlıq Qarabağ probleminin həllinə kömək etməyə hazırdır

Dağlıq Qarabağ problemi bugünkü müzakirələrdə başlıca məsələdir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına tamamilə əmindir. SİA-nın verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns Bakıya səfəri zamanı jurnalistlərə bildirib.


"Hökumətimiz Dağlıq Qarabağ ətrafındakı prosesdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə kömək etmək üçün hər şeyi edir", - U.Börns deyib.


Onun sözlərinə görə, regionda status-kvonun saxlanılması yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə