\"Uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan nümunəvi və demokratik bir dövlətə çevrilib\"

\"Uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan nümunəvi və demokratik bir dövlətə çevrilib\"

"Müstəqilliyin 20 ili xalqımız üçün böyük qələbələr və uğurlar ili olub. Azərbaycan üçün bu tarix spesifik, özünəməxsus itkilər, qurbanlarla müşayiət olunsa da 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlar ili olub". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəttah Heydərov deyib. O bildirib ki, bu illər ərzində Azərbaycn xalqı özünün ən şirin nemətini, müstəqilliyi əldə edib. Millət vəkilinin sözlərinə görə, hər bir xalq üçün gözəl, şirin, qiymətli nemətlərdən biri də azadlıq, müstəqillikdir.

"Ulu öndərin rəhbərliyi, onun xalqına olan məhəbbəti, diqqəti xalqı yüksək uğurlara gətirib çıxardı. Azərbaycanda müstəqil, demokratik bir dövlət quruldu və Azərbaycan parlamenti yaradıldı. Azərbaycan indi bütün dünyada tanınan, öz uğurları ilə iqtisadi, mənəvi göstəriciləri ilə bir olan Azərbaycan dövləti yaranıb. Bu uğurların başında duran isə ümummilli lider Heydər Əliyev olub. Heydər Əliyev yolu bizim üçün ən uğurlu yol oldu. Heydər Əliyev mübarizəsi Azərbaycanda müstəqilliyi qorumaq, saxlamaq, möhkəmləndirmək və onu əbədi etmək üçün yol olub. Onun doğma torpağına, xalqına olan məhəbbəti Azərbaycan insanı üçün nümunə olub. Məhz bunun nəticəsidir ki, hazırda ulu öndərin yolunu uğurla davam etdirən prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan hər yerdə tanınan nümunəvi və demokratik bir dövlətə çevrilib", - deyə F.Heydərov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə