Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri birgə bəyanat yayıblar
Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri müştərək bəyanat yayaraq bir qədər öncə BMT tərəfindən qəbul edilmiş, Olimpiya oyunları müddətində atəşkəsə səsləyən qətnaməni alqışlayıblar.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, müvafiq qətnamə 2012-ci ilin Olimpiya oyunlarına ev sahibliyi edəcək Britaniyanın təşəbbüsü ilə meydana çıxıb. BMT qətnaməsində Olimpiya oyunları günlərində dünyadakı bütün münaqişə tərəflərinə hərbi əməliyyatları durdurmaq çağırışı əksini tapıb.
Bununla əlaqədar Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman, Ermənistandakı səfiri Çarlz Lonsdeyl və Gürcüstandakı müvəqqəti işlər vəkili Doug Mcmillan birgə açıqlama yayıblar.
Açıqlamada deyilir: "Biz bu qətnaməni və onun yekdilliklə qəbulunu alqışlayırıq. Böyük Britaniya Cənubi Qafqazda münaqişələri çözmək və sülh əldə etmək üçün uzun illər səy göstərir. Biz ümid edirik ki, qətnamədəki fikirlər regional sülhə doğru konkret addımlara çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB