Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Kolumbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Kolumbiya nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini xanım Patti Londonyo Xaramiyo başçılıq ediblər.
Görüş zamanı yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunaraq, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, müxtəlif sahələrdə, xüsusilə də siyasi, ticarət, iqtisadi, enerji, humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. Xələf Xələfov ölkəmizdə və regionda həyata keçirilən irimiqyaslı layihələr barədə Kolumbiya tərəfini məlumatlandırıb.
Nazir müavini X. Xələfov Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi barədə Kolumbiya tərəfinə məlumat verib. X.Xələfov Azərbaycanın Kolumbiya ilə əlaqələrə önəm verdiyini və mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Tərəflər Azərbaycanla Kolumbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıqdan məmnunluq bildiriblər. X. Xələfov BMT Təhlükəsizlik Şurasında Azərbaycanın 2012-2013-cü illərdə qeyri daimi üzvlük üçün namizədliyinin Kolumbiya tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib və Kolumbiya tərəfinə təşəkkür edib.
Öz növbəsində xanım Patti Londonyo Xaramiyo Kolumbiyanın Azərbaycanın mövcud potensialının və həyata keçirdiyi irimiqyaslı layihələrin təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB