Dövlət Sərhəd Xidmətində Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub - FOTOSESSIYA
Bu gün Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı Elçin Quliyev bildirib ki, 1918-ci il demokratik, dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Şərqdə ilk parlament respublikasnın əsası qoyulub. Onun sözlərinə görə, həmin dövr ölkə üçün əsl mayaka çevrilib: "Ancaq təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay davam edib və müstəqillik itirilərək Sovet Respublikası yaradılıb. Ötən əsrin 70-ci illərində ulu öndər tərəfindən həyata keçirilən proqramlar nəticəsində ölkədə sosial-mədəni həyat dirçəlməyə başlayıb həyata keçirilən bütün bu işlər dövlət müstəqilliyinin təmini üçün zəmin yaratdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan AXC-nin varisi ölduğunu və müstəqil dövlət olduğunu sübut etdi. Həmin gün tarixə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Müstəqilliyin ilk illərində ölkədə hərc-mərclik, milli sərvətlərin talan edilməsi, sosial iqtisadiyyat çətin durumda idi. Bu zaman xalqın təkid və tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdıb və bununla da ölkədə separativ meyllərə son qoyulub. 1994-cü ildə Əsrin Müqaviləsinin imzalanması neft strategiyasının inkişafı üçün mühüm oldu. 1995-ci ildə ölkənin konstitusiyası qəbul eidlib, ölkənin xarici və daxili siyasəti beynəlxalq konsepsiyalara uyğun qurulub. Iqtisadi artım sürətlənib, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb".
E.Quliyev əlavə edib ki, müstəqillik illərində sərhəd mühafizəsinin qurulması, mühafizəçilərin hazırlanması, döyüş hazırlığı inkişaf etidirilib. O qeyd edib ki, dövlət müstəqilliyinin əsas göstəricilərindən biri Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunmasının Avropa standartlarına uyğun səviyyədə keçirilməsidir.
"Azərbaycan sərhəd mühafizəsi şərəfli inkişaf yolu keçib. Bu illər ərzində sərhəd zastavası, qarnizonlar, yeni hərbi müəssisələr, hərbi anbarlar və digər inşa olunaraq müasir avadanlıqlarla təchiz olunub. Son 5 ildə ümumilikdə 910, Bakıda isə 492 xidməti mənzillər istifadəyə verilib", - deyə o əlavə edib.
Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin bir neçə zabitinə fəaliyyətlərindəki uğurlarına görə mükafatlar verilib. Mükaftaları DSX-nın rəisi, sərhəd qoşunlarının komandanı Elçin Quliyev təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB