ABŞ dövlət katibinin müavini Uilyam Börns bu gün Azərbaycana gəlir
ABŞ dövlət katibinin müavini Uilyam Börns oktyabrın 16-dan 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. ABŞ-ın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində U.Börnsun Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə regiondakı vəziyyət, sülh və sabitliyin təmin edilməsi, iqtisadi inkişaf və demokratik islahatlar ilə bağlı məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB