İran Urmiya gölünün qurumaması üçün bəndlərin tikintisini dayandırıb
Urmiya gölünün qurumasının qarşısını almaq üçün yaradılmış xüsusi işçi qrupun qərarına əsasən, gölün ətrafında bəndlərin tikintisi dayandırılıb. SİA-nın İranın MEHR xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Məcid Namcu deyib. Namcu deyib ki, işçi qrupun bir neçə iclası keçirilib və orada Urmiya gölünün quruması səbəbləri müzakirə olunub.
Nazir onu da qeyd edib ki, Urmiya gölünün qurumasına əsas səbəb ölkədə quraqlığın olmasıdır, lakin hökumət gölün qurumasının qarşısını almaq üçün müxtəlif layihələr üzərində işləyir. O, Araz çayından suyun Urmiya gölünə axıdılması ilə bağlı layihənin hökumətin üzərində işlədiyi layihələrdən biri olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB