Mübariz Qurbanlı: \"Azərbaycanın müstəqil dövlət olması bizim üçün bir dayaq, istinad nöqtəsidir\"
"Bu gün dünyada 8-10 minə qədər etnos, xalq mövcuddur. Lakin bütövlükdə dünyada dövlətləri olan xalqların sayı 205-ə qədərdir. BMT-nin üzvü olan xalqların sayı isə 193-dür. Bunların sırasında Azərbaycan xalqının, müstəqil dövlətin olması bizim üçün milli qurur mənbəyidir. Azərbaycanın müstəqil dövlət olması bizim üçün bir dayaq, istinad nöqtəsidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə onun müstəqil dövlət kimi yaşaya bilməyəcəyi xalqa təlqin edilirdi. M.Qurbanlının sözlərinə görə, tarixi saxtalaşdırmağa, müxtəlif vasitələrlə belə bir fikir ifadə etməyə çalışırdılar ki, Azərbaycan sosial-iqtisadi baxımdan müstəqil dövlət kimi yaşaya bilməz.
"Amma ötən 20 il ərzində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət, Azərbaycanın müstəqil dövlət kimi qadir olduğunu sübut etməklə yanaşı, dünya miqyasında, bölgədə öz mövqelərini saxlamağa qadir olduğunu sübuta yetirib. Bu bizim üçün şərəfli bir dövrdür", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB