Ombudsman aparatında müstəqilliyin bərpasının 20 illiyi ilə bağlı dəyirmi masa keçirilib
Bu gün Ombudsman aparatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 20 il ərzində Azərbaycanda insan hüquqları sahəsində geniş islahatların aparıldığını deyib. O, qeyd edib ki, son illər ölkədə təkcə iqtisadi tərəqqi yox, demokratiya və insan hüquqlarının qorunması sahəsində də inkişaf müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 158 maddəsindən 46-sı insan hüquqları məsələlərinə aiddir və Azərbaycan bu sahədə 230-dan artıq beynəlxalq konvensiyaya və 9 sazişə imza atıb.
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə bildirib ki, Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Daxili hüquq müdafiə mexanizmlərinin təsis edilməsi və təkmilləşdirilməsi ilə yanaşı, ölkə beynəlxalq konvensiyalara - BMT-nin, Avropa Şurasının, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların müqavilələrinə tərəfdar çıxıb və bununla da hüquqşünasların beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib.
Daha sonra dəyirmi masada vurğulanıb ki, ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB