Prezident İlham Əliyev bu gün İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bütün sahələrdə yaxşı nəticələrin olduğunu deyib.
İtaliyaya səfərlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İqtisadi sahədə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu deyən dövlət başçısı İtaliya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Parlamentlərarası əlaqələrin yaxşı tarixə malik olduğunu deyən prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator xanım Rossana Boldi başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin dövlət başçısı ilə görüşdən başlamasından məmnunluğunu bildirib. Xanım Rossana Boldi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə prezident İlham Əliyevi təbrik edib. O, ikitərəfli münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB