Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri ATƏT-in qoşunların təmas xəttində monitorinq keçirəcəyi ərəfədə bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 12-də saat 18.20-dən 18.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Məlumatda qeyd olunub ki, həmin gün saat 23.20-dən 23.30-dək və 23.40-dan 23.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə