Əli Əhmədov: \"Azərbaycanın dövlət müstəqilliyi xalqımızın XX əsrin sonlarında əldə etdiyi böyük nemətdir” - AÇIQLAMA

Əli Əhmədov: \"Azərbaycanın dövlət müstəqilliyi xalqımızın XX əsrin sonlarında əldə etdiyi böyük nemətdir” - AÇIQLAMA

Azərbaycanın 20 illik müstəqilliyi bundan sonrakı daha sürətli inkişafın dayaq nöqtəsi olacaq. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

\"Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının XX əsrin sonlarında əldə etdiyi böyük nemətdir və bu memətin bəhrələrini hər bir Azərbaycan vətəndaşı görməkdədir\", - o deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanın 20 il ərzində keçdiyi əzəmətli yüksəliş dövrü Azərbaycanın həm dövlətçiliyinin möhkəmlənməsinə gətirib çıxarıb, həm də iqtisadiyyatının yüksəlməsinə, vətəndaşlarının rifahının yaxşılaşmasına səbəb olub: \"Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünü siyasi partiyalar, ictimai təşkilatlar böyük qürur hissi ilə qeyd etməkdədirlər\".

Qeyd edək ki, bu gün Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması ilə əlaqədar tədbiri keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə