Oljas Süleymenov: “Belə görüşlər insanları, xalqları daha da yaxın edir”
Bu cür vətəndaş forumları bəşəriyyətin inkişaf proqramlarının müəyyən edilməsi baxımından vacibdir. Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən görkəmli yazıçı Oljas Süleymenov deyib.
Forumun vacibliyini vurğulayan O.Süleymenov bildirib ki, indi müxtəlif peşə ilə məşğul olan insanlar bir araya gəlib aktual məsələləri müzakirə etməyə çalışırlar. Çünki mədəniyyət çox geniş bir məfhumdur.
"Mədəniyyət insana cəmiyyətdə yaşamağa, cəmiyyətə isə dünyada yaşamağa kömək edir. Belə görüşlər insanları, xalqları daha da yaxın edir. Çox şadam ki, məhz Azərbaycan bu sahədə birinci addım ataraq Bakı Beynəlxalq Humanitar Forumunu təşkil etmişdir", deyə - O.Süleymenov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB