Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəniyyətlərarası dialoqun aparılmasında rolu AŞPA tərəfindən yüksək qiymətləndirilir” - MÖVQE
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin AŞPA ilə sıx əməkdaşlıq etdiyini deyən E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib. AŞPA prezidenti Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu Forumun multikulturalizmin inkişafına böyük tövhə verəcəyinə əminliyini bildirib.
O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞPA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB