Azərbaycan Prezidenti Rusiya Prezidenti Administrasiyasının rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əsası qoyulan
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin
beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da
yaxınlaşması işinə xidmət edəcəyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB