Erməni əsgəri özünü güllələdi

Erməni əsgəri özünü güllələdi

Ermənistan Ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş hərbi hissəsinin əsgəri intihar edib. SİA-nın erməni mətbuatına istinadən xəbərə görə, həqiqi hərbi xidmətdə olan 1992-ci il təvəllüdlü Vladimir Andranikoviç Asatryan özünü güllələyib. Əsgər növbədə olan zaman ona təhkim olunmuş AKM markalı avtomatdan özünə atəş açıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə