Azərbaycanın gələcək üçün daha böyük potensialı olan beynəlxalq birliklərin tamhüquqlu üzvü olması onun daha uğurlu nailiyyətlər əldə etdiyini sübut edir.
SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən "XXI əsr: ümidlər və çağırışlar" mövzusunda beynəlxalq humanitar forumunda çıxışı zamanı Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl bildirib.
Sabiq prezident vurğulayıb ki, əslində, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf və sabitliyin sərt pillələrində qətiyyətli və inanılmış üsullarla qalxdığını görmək sevindiricidir. S.Dəmirəl deyib: "Mən Azərbaycanın gələcəyini çox xoşbəxt görürəm. Çünki, Azərbaycan etibarlı əllərdədir".
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB