Atəşkəs yenidən pozulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 13.12-dən 13.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 08.20-dən 08.30-dək, 08.35-dən 08.40-dək və oktyabrın 8-də saat 04.35-dən 04.40-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə